AZ

Melik Şahnazaryan: Vaşinqton Rusiya və İran prezidentlərinə Ermənistan-ABŞ sənədi ilə salam göndərib

 

ABŞ “Ermənistan-ABŞ strateji tərəfdaşlığı haqqında” sənədlə Rusiya və İran prezidentlərinə salam göndərir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Hrant Melik-Şahnazaryanın statusunda əks olunub.

“Ermənistan Respublikası ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasında göstərilən tələskənlik göz qabağındadır. ABŞ bu sənədlə yanvarın 17-də Moskvada hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Rusiya və İran prezidentlərinə salamlar göndərir.
ABŞ-Ermənistan sənədini diqqətlə oxuyan adam görər ki, orada İran və Rusiya üçün narahatlıq doğuran (hədə olmasa da) çoxlu müddəalar var. İmzalanan xartiya mahiyyət etibarı ilə Ermənistanı ABŞ-ın regionda nəzarət proqramlarının həyata keçirilməsi üçün alətə çevirir ki, bu da hər an həm Moskvaya, həm də Tehrana qarşı istifadə oluna bilər. Və bu, ən azı, qarşıdurma demək olacaq. Təəssüf ki, Ermənistan aparıcı təsir mərkəzlərinin geosiyasi maraqlarının toqquşması üçün platforma olmaqda davam edir və bu, rəsmi İrəvan üçün çoxlu təhlükələr yaradır.

Ermənistan hakimiyyəti Rusiya və İranla münasibətləri ardıcıl olaraq gərginləşdirir. Bu, əməkdaşlıqdan imtina kimi deyil, daha çox konkret münaqişə kimi görünür. Ermənistan bu münaqişədən nə qazana bilər? Təbii ki, yalnız yeni itkilər. Ermənistanın Azərbaycan, Türkiyə, İran və Rusiya ilə demək olar ki, bütün bu münaqişələrə tab gətirə biləcəyinə hansı təminatlar var? Belə bir zəmanət yoxdur. Bəs, Paşinyan hökumətinin əsl məqsədi nədir?

Dünən axşam saatlarında Paşinyanla Mirzoyan müharibəni Ermənistanın sərhədlərinə bir addım da yaxınlaşdırdılar. Qorxuram ki, bu artıq qaçılmazdır”, - deyə Şahnazaryan yazıb.

Musavat.com

Seçilən
0
1
musavat.com

5Mənbələr