Bakı şəhərinin bir neçə nöqtəsində yerləşən “AL Market” mağazalar şəbəkəsi fəaliyyətini dayandırıb.

Bu barədə Index.az-a oxucular məlumat verib.

Bildirilib ki, eyni şəbəkəyə aid olan bir neçə market eyni vaxtda “təmirə bağlanırıq” deyərək, xidmət göstərmir.

Index.az əməkdaşları da bir neçə “AL Market”də olub və deyilənlərin həqiqət olduğu ilə üzləşib.

Bir neçə marketdə əməkdaşlarımıza bildirilib ki, “təmir səbəbindən bir müddət fəaliyyət göstərilməyəcək”. Bununla yanaşı, mağazalara artıq məhsullar da gətirilmir.

“AL Market” və “Azərsun Holdinq”dən məsələ ilə bağlı münasibət öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuz oldu.

Qeyd edək ki, 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan“Azərsun Holdinq” MMC-yə daxil olan “AL Market”lərin Bakı və bölgələrdəki sayı 900-dən çoxdur.