AZ

"Paşinyan qərb agentura şəbəkələrini Ermənistan ərazisinə dəvət edir" - Politoloq

\"Faktiki olaraq, Ermənistanda Nikol Paşinyanın Sorosçu hakimiyyətin iqtidara gəlməsindən sonra Ermənistanla Rusiya arasında münasibətlərdə çatların yaranacağı dəqiq idi. Bu, gözlənilən bir situasiyadır. Bütövlükdə nəzərə almaq lazımdır ki, bugünkü dövrdə Ermənistan Rusiya münasibətləri kifayət qədər gərgindir. Bunun bir çox səbəbləri mövcuddur. Rusiya çox yaxşı görür ki, Paşinyan sistematik şəkildə qərb agentura şəbəkələrini Ermənistan ərazisinə dəvət edərək Cənubi Qafqazda qərbin pionu olmaq yolunda addımlayır. Əvvəlcə, Avropa İttifaqının mülki müşahidə missiyası adı altında qərb casus şəbəkələrini Ermənistan ərazilərinə doldurmaqla məşğul oldu, bu gün isə biz görürük ki, daha ciddi və təhlükəli addımlar atılır\".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında politoloq Tural İsmayılov Ermənistanın Rusiyaya nota göndərməsinə münasibət bildirərkən deyib.
 
Onun dediklərinə əsasən, Ermənistanın elə bir siyasi gücü yoxdur ki, Rusiyayla müharibə etsin:
 
\"ABŞ ilə dırnaqarası strateji əməkdaşlıq müqaviləsinin imzalanması da birbaşa Ermənistanı regiona kənar oyunçuları daha çox cəlb edilməsi, eyni zamanda Rusiya əleyhinə atdığı demarş idi. Bu baxımdan da Ermənistanın müxtəlif bəhanələr gətirməklə Rusiyaya nota göndərməsi kəskinləşən Rusiya-Ermənistan münasibətlərinin növbəti təzahürlərindən biridir. Bu gün Ermənistan elə siyasi gücə və müstəqilliyə malik deyil ki, Rusiyayla hansısa müharibə apara bilsin. Çünki Ermənistanın Gümrü şəhərində Rusiyanın hərbi bazası mövcuddur. Ermənistan nə qədər anti-Rusiya propoqandasını dövlət siyasətində halqa halına gətirsə də bu gün Ermənistan Rusiyanın asılılığından xilas ola bilmir və Rusiyadan ağır, siyasi asılılığı mövcuddur. İstənilən halda Lavrovun və Rusiya rəsmilərinin Ermənistan əleyhinə verdikləri qərarlar, həmçinin Ermənistanın Rusiyaya verdiyi nota Ermənistala Rusiyanın münasibətlərdə çox çətin bir dövrün başladığını söyləməyimizə əsas verir və Rusiya-Ermənistan münasibətlərinin yaxın zamanda yaxşılaşması gözlənilir\".
 
Mikayıl Mirzəzadə
Seçilən
4
azxeber.com

1Mənbələr