Aktau yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan 6 rusiyalı xəstəxanalardan buraxılıb.
KONKRET.az xəbər verir ki, Rusiya Federasiyası səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov TASS-a açıqlama verərək, yaralananların səhhətinin yaxşılaşdığını və artıq xəstəxanadan çıxarıldığını bildirib. Üç rusiyalı isə Moskva və digər federal mərkəzlərdə müalicə alır. Kuznetsovun sözlərinə görə, bu şəxslərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir və müsbət proqnoz var.
Azərbaycan Hava Yollarının təyyarəsi Qazaxıstanda qəzaya uğramış və nəticədə üç rusiyalı həlak olub, digərləri isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.