“Türkiyə Suriya ərazisində bütün yaraqlıları məğlub etməyə qadirdir, digər dövlətlər isə Suriyadakı tədbirlərdə iştirakdan imtina etməlidirlər”.
Misisya.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Türkiyənin ölkədəki bütün yaraqlıları, o cümlədən PKK və İŞİD-i məğlub etmək üçün kifayət qədər potensialı var.
Ərdoğan həmçinin PKK yaraqlılarını Suriya üçün ən böyük təhlükə adlandırıb.
Türkiyə lideri bildirib ki, qrup silahı yerə qoymaqdan imtina edərsə, onlar qaçılmaz məhvlə üzləşəcəklər.
Daşqın HəsənovMissiya.Az