AZ

Əlahiddə Ümumqoşun Orduya MAXE qəbulu elan edilib

Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü (MAXE) daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 15 yanvar 2025-ci il tarixdən 15 fevral 2025-ci il tarixədək Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzidə fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Əlahiddə Ümumqoşun Ordunun müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Naxçıvan Muxtar Respublikası Naxçıvan șəhəri, 1 nömrəli hərbi şəhərcik (Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzi).

"Cebheinfo.az"

Seçilən
13
44
cebheinfo.az

10Mənbələr