Naxçıvan, 15 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği 2023-cü ilə nisbətən 51,1 faiz artaraq 2024-cü il dekabr ayının 1-nə milli valyuta ekvivalentində 24 milyon 396 min 500 manat təşkil edib.
Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əmanətlərin 94,9 faizi milli, 5,1 faizi xarici valyutada qoyulub.
Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51,8, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 39,1 faiz artıb.