AZ

PSJ-nin futbolçusu karyerasını "Yuventus"da davam etdirəcək

PSJ klubunun və Fransa millisinin 26 yaşlı futbolçusu Randal Kolo Muani karyerasını "Yuventus"da davam etdirəcək.Missiya.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Hücumçu mövsümün sonunadək icarə əsasında Turin təmsilçisində çıxış edəcək. "Qoca sinyora" onu satın almaq hüququna da malik olacaq. Oyunçu bu həftə tibbi müayinədən keçmək üçün Turinə gedəcək.

Qeyd edək ki, Randal Kolo Muani cari mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 14 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
0
3
missiya.az

4Mənbələr