“Moskva İrəvanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamaq qərarını Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasının başlanğıcı kimi qiymətləndirir”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmadıqlarını deyir. Bəs vəziyyətin spesifikliyi nədir?", - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqına yaxınlaşması faktı çoxdan müzakirə olunurdu, lakin 2025-ci il yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə giriş prosesinin başlandığını elan edən qanun layihəsini dəstəkləyərək hüquqi baxımdan mənalı addım atdı. Biz bunu Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk.
Overçuk qeyd edib ki, əlavə addımlar atmaq Ermənistan hökumətinin üzərinə düşür, görək vəziyyət necə inkişaf edəcək.
Daşqın HəsənovMissiya.Az