AZ

“Access Bank”da son durum: əhali 35 milyon manatlıq depoziti bankdan geri çəkib

Əhali ötən il “Access Bank”dan 35 milyon manata yaxın vəsaiti  geri çəkib.

NOCOMMENT.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, 2024-cü ildə bankın əmanət portfeli ilin əvvəlinə nisbətən 2,4% azalaraq 1 milyard 51,6 milyon manatdan 1 mlrd. 26,5 milyon manata enib.

Əhali bu il bankdan 34,98 milyon manat geri çəkib. Əvəzində şirkətlərin bankdakı əmanətləri 9,89 milyon manat artıb.

Belə ki, 2024-cü ilin əvvəlində bankda fiziki şəxslərin depozitlərinin həcmi 842,5 milyon manat olduğu halda, ilin sonunda bu rəqəm 807,48 milyon manata kimi azalıb.

Hüquqi şəxslərin bankdakı əmanətlərinin həcmi isə 209,1 milyon manatdan 219 milyon manata yüksəlib.

Başqa sözlə, şirkətlərin banka əlavə əmanət yerləşdirməsi ümumi depozit portfelində azalmanın qarşısını xeyli ala bilib.

Hesabat dövrü üzrə bankın aktivləri 1 milyard 485,3 milyon manata, öhdəlikləri 1 milyard 304,1 milyon manata, cəmi kapitalı isə 181,2 milyon manata çatıb.

Xatırladaq ki, “Access Bank” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 121,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır (9,36%).\\Valyuta.az

Seçilən
1
3
nocomment.az

4Mənbələr