AZ

İrəvan QANA SUSAYIB: “Toqquşma qaçılmaz ola bilər”.

“Ermənistanın hazırda apardığı siyasət onu deməyə əsas verir ki, hərbi toqquşma qaçılmaz ola bilər”.

Bu sözləri Ermənistan ordusunun Laçın istiqamətində fortifikasiya qurğusu quraşdırmasını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi təxribatların miqyasını artırır:

“Ermənistan tərəfi açıq şəkildə sülhdən yayınır, sülhün olmaması üçün əlindən gələni edir. Bir neçə gün öncə Laçın istiqamətində atəşkəsi pozan erməni tərəfi indi də kəşfiyyat məlumatları əldə etmək, müşahidə aparmaq üçün qurğular quraşdırır. Ermənistan tərəfi Azərbaycanı sözdə ittiham etsə də, sahədə təxribatı törədən tərəfdir. Ermənistan tərəfinin bu addımları regionda eskalasiyasını artıra bilər”.

“Azərbaycan Ermənistanın bu cür addımlarına sonsuza qədər dözüm nümayiş etdirməyəcək. Bir yandan silahlanma, digər yandan isə təxribatlar Ermənistanın niyyətini ortaya qoyur. Görünən odur ki, hərbi toqquşma ehtimalı artır. Heç şübhəsiz ki, hərbi toqquşma olacağı təqdirdə, bunun günahkarı Ermənistan olacaq. Azərbaycan qarşı informasiya cəbhəsində də təxribatlara yol verəcəklər. Şübhəsiz ki, bütün bunlar regionu daha ağır mərhələyə aparacaq. Ümid edək hərbi toqquşma olmasın, ancaq hazırda baş verənlər onu deməyə əsas verir ki, hərbi toqquşma qaçılmaz ola bilər”.

Səxavət Məmməd

Seçilən
4
yenicag.az

1Mənbələr