İcbari Sığorta Bürosu öz öhdəliklərini Milli Avtosığorta Bürolarının Beynəlxalq Assosiasiyası çərçivəsində təkrar sığortalayacaq.
Bu barədə jurnalistlərə qurumun rəhbəri Elxan Quliyev məlumat verib. Danışıqlar Baden-Baden şəhərində forum çərçivəsində aparılıb. Təkar sığorta Green Card Şurasının tələblərindən biridir. Ona görə 5 broker və təkrarsığortaçı ilə danışıqlar aparılıb.
Dövlət başçısı iyulda Nazirlər Kabinetinə tapşırıb ki, ölkənin Green Card sisteminə daxil olmasına kömək etsin.
Hazırda 46 ölkə sistemin iştirakçısıdır. Green Card-ın işçi komitəsi Azərbaycana 2013-cü ilin fevralında müsbət rəy verib. Azərbaycan üzrə qərar 2014-cü ildə qəbul oluna bilər. --17D—