AZ

Blinken: "Qəzzada postmüharibə planı zəruridir"

Bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken "Atlantic Council" siyasi tədqiqat institutundaçıxışızamanı söyləyib. O diqqətə çatdırıb ki, HƏMAS terrorçuları artıq yeni qüvvələr yığmağa başlayıblar.

"HƏMAS-a təkcə hərbi kampaniya ilə qalib gəlmək müşküldür. Münaqişə başa çatdıqda aydın, konkret və etibarlı postmüharibə planı hazırlanmasa, HƏMAS təhlükəsi yenidən böyüyəcək",- ABŞ-nin baş diplomatı deyib.

Xatırladaq ki, İsrail və HƏMAS qruplaşması arasında atəşkəs, habelə əsir mübadiləsi danışıqları çərçivəsində qruplaşma razılıq şərtləri ilə razılaşıb. Layihə son təsdiq üçün İsrailin Nazirlər Kabinetinə veriləcək.

Digər tərəfdən, bu gün Norveçdə 80 ölkənin iştirakı ilə İsrail-Fələstin münaqişəsinin başa çatdırılması və Qəzzada "iki dövlətli həll yolu"nun müəyyənləşdirilməsi məqsədilə qlobal səviyyədə danışıqlar başlayıb. Antoni Blinken fikirləri bu danışıqlar əsnasında Norveçin xarici işlər naziriEspen Bart Eydevə Fələstinin Baş naziriMəhəmməd Mustafanındedikləri ilə üst-üstə düşür.

Firudin Həmidli
AzVision.az
Seçilən
7
azvision.az

1Mənbələr