Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov orta Asiya təmsilçisindəki işi barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Youtube" kanalındakı “Spartak Show” proqramına danışan rusiyalı mütəxəssis belə deyib:
“Mən çox səyahət etmişəm. Qazaxıstan Münhen deyil. Hara getdiyimi bilirdim. Mən işləməkdən zövq alıram. Özüm özümə qiymət verməyi bacarıram. Statistik desək, pisdir, biabırçılığa yaxındır.
Paralel olaraq, futbolçuların mentaliteti baxımından hansı işlərin getməsi şərtdir. Bu, kənardan görünməyə bilər. Allah əziyyətimizin bəhrəsini seçmə oyunlarda dəyərləndirsin. Statistikalar, bəli, dəhşətlidir, amma Çerçesov necə idisə, elə qalır”.
Xatırladaq ki, Çerçesov ötən yayda Qazaxıstan millisinin sükanı arxasına keçib. Rusiyalının rəhbərliyi altında keçirdiyi 6 matçda qazaxlar bir dənə də olsun qol vurmayıb və qələbə qazanmayıb. Komandanı qarşıda 2026-cı il dünya çempionatının seçmə mərhələsi gözləyir.
Mirağa