Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq 14 və 15 yanvar 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Anar Həsənov tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil olunub.
AzEdu.az xəbər verir ki, təlim zamanı iştirakçılar təqdimata hazırlıq, auditoriya ilə işin əsas xüsusiyyətləri, təqdimatın forma və strukturunun müəyyən edilməsi, təqdimatın strukturunun hazırlanması və tezislərin ardıcıllığının müəyyən edilməsi, auditoriya ilə əlaqənin qurulması, kommunikasiya kanalları, səsin düzgün tənzimlənməsi, təqdimat zamanı bədən dili, ilk təəssüratın yaradılması, praktik təqdimat işləri, elektron təqdimatların hazırlanması və s. mövzularda nəzəri və praktiki biliklərə yiyələniblər.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.