AZ

Naxçıvanda əsas kapitala vəsait qoyuluşunun artım templəri 62 faizi üstələyib

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 270,573 milyon manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricini 62,3 faiz üstələyib.

Naxçıvan MR-in Dövlət Statistika Komitəsinin məlumatına görə, istifadə olunmuş vəsaitin 38,518 milyon manatı və ya 14,3 faizi məhsul istehsalı sahələrinə, 40,940 milyon manatı və ya 15,1 faizi xidmət sahələrinə, 191,115 milyon manatı və ya 70,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 230,573 milyon manatı və ya 85,2 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2023-cü illə müqayisədə 68,1 faiz çoxdur.

Seçilən
0
1
vergiler.az

5Mənbələr