AZ

"Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür" - DİM sədri

"Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür".
 
Moderator.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə qurumun keyfiyyət idarəetmə sisteminin təkrar auditinin nəticələrinə həsr olunmuş tədbirdə deyib.
 
Onun sözlərinə görə, bu barədə Elm və Təhsil Nazirliyi ilə danışıqlar aparılıb:
 
"Artıq yeni qiymətləndirmə prosesinə keçməliyik. Bu ildən etibarən gələcəkdə imtahanların bir qisminin rəqəmsal şəkildə həyata keçirilməsi üçün addımlar atılacaq".
 
Seçilən
0
16
moderator.az

10Mənbələr