AZ

Suriyanın yeni hökumətinin başçısı ilk səfərini Türkiyəyə etmək niyyətindədir

Suriyanın yeni hökumətinin başçısı Əhməd əl-Şaraa ilk xarici səfərini Türkiyəyə etmək niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, səfər Suriyanın yeni parlamenti Əhməd əş-Şərəanı ölkə başçısı seçdikdən sonra baş tutacaq.

Yanvarın 15-də Ankarada Türkiyə hakimiyyəti ilə keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibaninin başçılıq etdiyi yeni Suriya administrasiyasının nümayəndə heyəti arasında danışıqlar aparılacaq.

Nümayəndə heyətinə müdafiə naziri Murhaf Abu Kasra və Kəşfiyyat İdarəsinin rəisi Ənəs Həsən Xəttab daxildir.

Danışıqlar “3+3” nazirlər formatında aparılacaq.

Seçilən
0
2
operativmm.az

3Mənbələr