AZ

Dünya Etnoidman Konfederasiyasının sədri Prezident İlham Əliyevə başsağlığı verib

Dünya Etnoidman Konfederasiyasının sədri Nəcməddin Bilal Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığıında deyilir:

"Hörmətli cənab Prezident.

Keçən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, Azərbaycan xalqına və bu dəhşətli hadisə nəticəsində zərər görən ailələrə dərin hüznlə başsağlığı verirəm.

Biz Azərbaycanın qardaşları olaraq faciənin kədərinə şərikik və bu çətin zamanda düşüncələrimiz həlak olanların ailələri ilədir. Əminik ki, qəzada həyatını itirənlərin xatirəsi heç vaxt unudulmayacaq".

Seçilən
2
5
day.az

5Mənbələr