Rusiyada “Google” əvvəllər təyin edilmiş cərimələri ödəmədiyi üçün 8 milyard rubl (təxminən 78 milyon dollar) məbləğində cərimələndi.
“Google” əleyhinə açılmış iş Moskva şəhərində məhkəmədə baxılıb. Məhkəmə platformanın əvvəlki cərimələri ödəmədiyini və qanunlara əməl etmədiyini əsas götürərək şirkətinn 8 milyard rubl cərimə ödəməsinə qərar verib.
Ölkədə “Google” ilə yanaşı “Apple”, “X”, “Instagram” və “Facebook” kimi müxtəlif xarici platformalara da bəzi məzmunlara girişi məhdudlaşdırmadıqları üçün cərimələr tətbiq olunub.