AZ

Bu, Ermənistanın xəyanətidir! – Rusiyadan baxış

Bunu Ermənistanın qonşuları ilə konstruktiv, müsbət münasibətlər qurmasına, bütün problemli məqamların həll edilməsindən ibarət olan milli maraqlara xəyanət adlandırardım.

NOCOMMENT.az xəbər verir ki, bunu rusiyalı politoloq Pavel Klaçkov “Moskva-Bakı”ya müsahibəsində Mirzoyanın Vaşinqtonda Blinkenlə strateji tərəfdaşlıq haqqında sənəd imzalamasını şərh edərkən deyib.

“İrəvanın ABŞ və AB ilə fəal yaxınlaşmasını bir dövlət kimi Ermənistan üçün müsbət nəticə baxımından adekvat addım adlandırmaq olmaz. Bu, Ermənistan, ABŞ və AB-nin Avrasiya təhlükəsizliyini pozmaq cəhdidir. Axı Ermənistanla ABŞ arasında əməkdaşlıq həm də hərbi komponenti nəzərdə tutur. İkitərəfli münasibətlərin statusunun yüksəldilməsi həm də ABŞ-ın Ermənistana dəstəyinin artırılması deməkdir. İrəvanın taktikası elədir ki, Trampın özü Ermənistanı dəstəkləməyə heç bir önəm verməsə belə, yenə də sənədlər imzalanacaq və ABŞ hakimiyyəti, necə deyərlər, avtomatik olaraq İrəvanla layihələri dəstəkləmək üçün maliyyə ayıracaq”, – o bildirib.

Klaçkovun sözlərinə görə, Rusiya və Trampın komandası Avrasiyada gərginliyi azaltmaq üçün artıq danışıqlara hazırlaşır:

“Elə bu məqamda, dünyada vəziyyəti düzəltməyə çalışdığımız bir vaxtda Ermənistan rəsmiləri artıq aylardır ki, bir parça qopartmaq üçün ABŞ-a səfər edirlər. Dekabrın əvvəlində Ermənistanın müdafiə naziri Pentaqona səfər edib. İndi Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ dövlət katibi ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayır. Və bu, Trampın inauqurasiyasına bir neçə gün qalmış baş verir. İrəvan ABŞ-da yeni hökumətin gəlişinə qədər sığortalanmaq istəyir. Axı Tramp, çox güman ki, Ermənistana o qədər də təsir etməyəcək, daha doğrusu, Bayden administrasiyasının can atdığı kimi ondan Rusiyaya qarşı istifadə etməyəcək. Ermənistan hara, ABŞ hara?! İrəvan coğrafi və tarixi məntiqə tamamilə məhəl qoymur”.\\Axar.az

Seçilən
0
2
nocomment.az

10Mənbələr