AZ

Dünyanın ən güclü benzin mühərriki – 10 dəqiqəyə 100 litr benzin - FOTO

Dünyanın ən güclü benzin mühərriki – 10 dəqiqəyə 100 litr benzin

Gəmilərdə və tanklarda minlərlə at gücündə Dizel mühərrikinin quraşdırılması təbiidir. Lakin benzin mühərrikdə belə bir imkan məhduddur. Səbəb də 100 ildir məlumdur: Dizel mühərrikin həcmini qeyri-məhdud şəkildə artırmaq mümkün olduğu halda, benzin mühərrikdə detonasiya səbəbindən bu mümkün deyil.

Avtosfer.az xəbər verir ki, dünyanın ən güclü benzin mühərrikini “Volkswagen” şirkəti hazırlayıb. “Bugatti” avtomobillərində quraşdırılan mühərrikin texniki göstəriciləri heyran edir.

16 silindrli W16 konfiqurasiyalı mühərrikin həcmi 8 litrdir. Hər silindrdə 2 injektor, 4 klapan (ümumilikdə 64) mövcuddur. Mühərrik 4 turbokompressorla təchiz edilib. 
Radiator sayı isə 10-dur. Onlardan dördü mayeli soyutma (antifriz, mühərrik yağı, ön və arxa körpü), dördü turbosistemin aralıq soyuducusu, biri avtomatik transmissiya, biri isə kondisioner üçündür.

Mühərrik tam qüvvəsi ilə işlədikdə 1500 at gücü hasil edir. Bu gün avtomobili 40 saniyə ərzində 400 km/saat sürətə çatdıra bilir. Müqayisə üçün deyək ki, helikopterlərin sürıti bundan azdır. Bu güc bir teplovozun yüzlərlə ton yükü dartmasl üçün kifayətdir.

Dəyəri milyonlarla ölçülən “Bugati” modellərinə quraşdırılan mühərrikin “iştahı” da pis deyil. 10 dəqiqə tam sürətlə hərəkət edən maşın 100 litr benzin sərf edir. Bu avtomobillərin yanacaq çəninin həcmi də elə 100 litrdir.

Bu günlərdə dünyanın ən güclü Dizel mühərriki barədə də məlumat vermişik.

https://avtosfer.az/az/avtodunya/dunyanin-en-cox-yanacaq-serf-eden-muherriki-deqiqeye-260-litr-267178

Vüqar Yaşaroğlu

Seçilən
6
avtosfer.az

1Mənbələr