QHT.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, 2025-ci ildə üç dəfə "planetlərin böyük paradı" müşahidə olunacaq. Bu hadisə zamanı bir neçə planet səmada ardıcıl sıralanaraq Yerdən eyni vaxtda görünəcək. Hadisələr yanvar, fevral və avqust ayında baş verəcək:
- 21 yanvar: 6 planet - Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun.
- 28 fevral: 7 planet - Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun.
- 11 avqust: 6 planet - Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun.
Bu hadisələr vizual olduğu üçün Yerin təbiətinə heç bir mənfi təsir göstərmir və astronomiyaya marağı artırır.
Pərvanə Fərhadqızı