Türkiyə çempionatının 19-cu turunda bazar ertəsi ''Fənərbaxça'' ''Konyaspor''un qonağı oldu.
''Football-plus.az'' xəbər verir ki, ''Qalatasaray'' turu qələbə ilə başa vurduğundan bu oyundan öncə zirvədə xal fərqi 11-ə yüksəlmişdi. Ona görə də ''Fənər'' meydana yalnız qələbə üçün çıxmışdı. Amma Joze Mourinyonun komandası matçın başında böyük şok yaşadı. Artıq 25-ci saniyədə ''Konyaspor'' önə keçdi.
Düzdü, ''Fənər'' qalan vaxtda toparlanaraq Mərt Müldür, Çağlar Söyüncü və Duşan Tadiçin qolları ilə 3:2 hesablı əzmkar qələbə qazandı. Amma oyun tarixə düşdü. Çünki ''Fənərbaxça'' Türkiyə çempionatı tarixindəki ən erkən qolunu buraxdı. Amma cari mövsüm bundan daha erkən qola da rast gəlinib. 2-ci turda ''Beşiktaş''la səfər oyununda ''Antalyaspor''lu Brayan Samudio 23-cü saniyədə fərqlənmişdi.
Ümumilikdə, bu, Türkiyə çempionatında vurulmuş ən erkən 18-ci qoldu. Turnirin tarixindəki ən erkən qol isə 10-cu saniyədə vurulub. Həmin qolun müəllifi 2021-ci ilin sentyabrın 22-də ''İstanbul BŞ'' ilə oyunda ''Qaziantep''li Muhammet Dəmir olub.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta