AZ

“Ermənistan dəhlizin açılması barədə qərar verəcək” - PROQNOZ



“Məlum olduğu kimi, artıq Azərbaycan dəhlizlə bağlı tikinti işlərini yekunlaşdırıb. Bu da o deməkdir ki, dəhliz açılmalıdır. Dəhlizin açılması ilə bağlı fikir olmasaydı, tikinti işləri aparılmazdı”.

Bu fikirləri Bakupost.az -a politoloq Elxan Şahinoğlu bildirib.


O xatırladıb ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin 10 noyabr bəyanatına uyğun açılmalı olduğunu vurğulayıb:

“İlham Əliyev "dəhliz açılmalıdır və açılacaq" deməklə Ermənistan rəsmilərini, Baş nazir Nikol Paşinyanı qərar verməkdə tələsməyə çağırır. Rəsmi Bakının tələbi odur ki, Azərbaycan vətəndaşları ölkənin bir tərəfindən digər tərəfinə gedərkən yoxlanılmamalıdır. Ermənistan isə bunu istəmir. Bildirirlər ki, bu, Ermənistanın suveren hüquqlarına uyğun deyil. Qanun buna imkan vermir. Bu kimi səbəblər də dəhlizin açılmasını ləngidir. Ancaq gec-tez Ermənistan həm sülh sazişinin imzalanması, həm də dəhlizin açılması barədə qərar verəcək. Sülh sazişindən əvvəl dəhlizin açılması mümkün deyil”.

Sevinc,
BakuPost

Seçilən
3
bakupost.az

1Mənbələr