AZ

Küçə ticarəti haqda qanun qəbul olunmalıdır - Ekspert



“Küçə ticarəti dünyanın bütün şəhərlərində var. Bizdə isə küçə ticarətinə gah verbal olaraq icazə verirlər, gah yığışdırırlar. Sahibkarlar hansısa qanuna istinad edib öz haqlarını müdafiə edə bilmirlər. Əlaqədar orqanlar qanunlardakı boşluqlardan istifadə edir. Əziyyətini də kiçik və orta sahibkarlar çəkir. Küçə ticarəti ilə necə məşğul olmaq olar? Bununla bağlı lisenziyanı kimlər verə bilər? Kimlərə küçə ticarəti ilə məşğul olmaq üçün lisenziya verilməlidir? və s. kimi sualalr var. Yəni, boşluqlar həddindən artıq çoxdur”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, küçə ticarəti qanunvericilikdə ən çox boşluq olan sahələrdən biridir: “Dövlətin bu sahəni qanunlar və sanitar normalar çərçivəsində dəstəkləməyə marağı olmalıdır. Yaxşı olardı ki, bununla bağlı müvafiq qanun qəbul edilsin. Əgər insanlar işləyib pul qazana bilirsə, buna mane olmaq yox, dəstək olmaq daha yaxşıdır”.


Ekspert əlavə edib ki, qonşu Türkiyədə küçə ticarətinə bələdiyyələr nəzarət edir və onların daxili gəlirlərinin əsas hissəsini küçə ticarətindən gələn vergi və lisenziyaların pulları təşkil edir:

"Azərbaycanda da bu praktikanı tətbiq etmək olar".

Sevinc,
BakuPost

Seçilən
9
bakupost.az

1Mənbələr