Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bir qrup 44 günlük Vətən müharibəsi veteranı ilə görüşüb. Görüşdə veteranları maraqlandıran suallara cavab verən C.Xəlilov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi tarixi qəhrəmanlıqdan danışıb.
Viral.az xəbər verir ki, təşkilatın sədri 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin cəsarəti və peşəkarlığı, Prezident İlham Əliyevin sərkərdəlik dühası, xalqımızın həmrəyliyi barəsində danışıb. Onun sözlərinə görə, bütün bunlar ölkəmizi tarixi sınaqdan qalib çıxarıb, işğaldakı torpaqlar erməni faşistlərindən azad edilib.
Veteranlara Vətən müharibəsində göstərdikləri qəhrəmanlığa görə təşəkkür edən polkovnik bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyin zəruriliyini vurğulayıb. C.Xəlilov qeyd edib ki, hazırkı postmüharibə dövründə xalqımızın öz birliyini qoruyub saxlaması, dövlətimizin başçısının hər bir çağırışını dəstəkləməsi gələcək uğurların əsas təminatçısıdır.
Son Yazılar:
- Ermənistanda yeni qoşun növləri YARADILDI
- Respublika Veteranlar Təşkilatında Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olundu
- Qar yağacaq – XƏBƏRDARLIQ
Görüşdən sonra veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə ətraflı tanış olublar.
Onlar Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev guşələrini ziyarət ediblər.
Sonda təşkilata üzv olan veteranlara üzvlük vəsiqələri təqdim edilib.