AZ

Boyun "xırçıldatmaq" -Təhlükəli vərdiş nələrə səbəb olur?

Gündəlik həyatda tez-tez edilən boyun "xırçıldatmaq" hərəkəti ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə yanlış hərəkət damarların yırtılmasına və hətta iflicə yol açar.

Medicina.az xəbər verir ki, Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanası Nevrologiya Bölüm Başçısı Prof. Dr. İpek Midi bunu belə izah edib:

"Xalq arasında boyun "xırçıldatmaq" kimi tanınan şiroterapi tətbiqləri ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Damarların yırtılması nəticəsində insaninsult keçirə bilər. Bədəninizin bir tərəfində zəiflik və ya hiss itkisi yaranar. Tutulan venanın yerindən asılı olaraq başgicəllənmə, ürəkbulanma, qusma, nitqin pozulması, udma çətinliyi, görmə itkisi, Horner sindromu adlanan bir göz qapağının sallanması müşahidə oluna bilər."

Prof. Dr. Midi belə hallarla qarşılaşanlara xəbərdarlıq edib:

“Belə hallarda baş verə biləcək insult riski baxımından ən yaxın sağlamlıq mərkəzinə müraciət etməlidirlər".


Boyun "xırçıllaması"ndan başqa damar yırtılmasının bir çox səbəbi var. Bəzi genetik xəstəliklər bunlar arasındadır. Bundan əlavə, hipertoniya, miqren, doğum həblərinin istifadəsi risk faktorlarından bəziləridir.

Damar yırtılmasına səbəb ola biləcək digərtravmalar:

- Boyun nahiyəsinə zərər verəcək avtomobil qəzaları,

- İdman zamanı qəfil yıxılma (xizək sürərkən yıxılma kimi) və ya boyunda qəfil dartma hərəkətləri.

- Güləş, ağır atletika, futbol, ​​boyun nahiyəsinin çətin manipulyasiyaları (masaj, şiroterapi, bərbərlərdə saçların yuyulması zamanı boyun nahiyəsini uzun müddət məcburi vəziyyətdə saxlamaq, ağır yük daşımaq və ya ağır öskürək kimi fizioloji kiçik travmalar və qusma səbəb ola bilər.

Aygün Nəbiyeva
Medicina.az
Seçilən
4
1
medicina.az

2Mənbələr