AZ

Papikyandan müharibə açıqlaması: “Azərbaycanla eskalasiya riski...”

Ermənistanla Azərbaycan arasında eskalasiya riski yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan deyib.

“Müdafiə naziri kimi mən regionda eskalasiya üçün heç bir əsas görmürəm”, - nazir qeyd edib.

Papikyan əlavə edib ki, Ermənistan bütün məsələlərin həlli ilə bağlı Azərbaycana təkliflər verib.

“Dialoq gedir və biz hər bir məsələ ilə bağlı öz fikirlərimizi təqdim etməyə hazırıq. Region çətin dövr yaşayır, amma mövcud problemləri danışıqlar yolu ilə həll etmək olar”, - Suren Papikyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
1
teleqraf.com

1Mənbələr