AZ

AccessBank ötən il 54 milyon manat xalis mənfəət əldə edib - Hesabat

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.

Bank, 2024-cü il nəticələrinə görə 54.1 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2023-cü ildə 39.8 milyon manat təşkil edib. Nəticədə, Bankın kapital dayanıqlığı göstəricisi daha da möhkəmlənmiş və məcmu kapitalı ötən illə müqayisədə 29% və ya 41.5 milyon manat artaraq 185 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 3.7 dəfə çoxdur.

Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən il ərzində:

  • Kredit portfeli 13.6% və ya 137.8 milyon manat artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 151.5 milyon manat təşkil edib.
  • Kredit portfelinin 78.3%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, biznes portfelinin həcmi 901.9 milyon manatdır. Hesabat dövrü ərzində biznes portfeli 15.6% və ya 121.8 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 59.5%-i regionların payına düşür.
  • Depozit portfelinin həcmi 1 milyard manatdan yüksəkdir və 2024-cü ilin sonuna 1 026.5 milyon manat təşkil edir.
  • AccessBank 2024-cü ildə beynəlxalq nüfuzlu xarici kreditorlardan 73.1 milyon manat həcmində kredit cəlb etmişdir.
  • Bankın aktivləri 1.5 milyard manata çatır, bu da 2023-cü illə müqayisəsədə 6.7% çoxdur.
  • Faiz gəlirləri 2023-cü il ilə müqayisədə 14.9% artaraq 224.4 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 2023-cü il ilə müqayisədə 18.2 milyon artaraq 140.2 milyon manata yüksəlib.
  • Qeyri-faiz gəlirləri 18.1 milyon manat təşkil edir.
  • Xalis əməliyyat mənfəəti 2024-cü ildə 69.1 milyon manata çatıb. 2023-cü ildə eyni göstərici 56.3 milyon manat təşkil edib.
  • Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 70.6% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.4 dəfə yüksəkdir.
  • Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61
Seçilən
5
7
apa.az

8Mənbələr