Yanvarın 15-də Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan XİN-ə çağırılıb.
Korrespondent.az yerli KIV-ə istinadən bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, buna səbəb cari il yanvarın 12-də Ümumrusiya Dövlət Televiziya kanalında yayımlanan "Vesti nedeli" proqramında "Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı süni şəkildə yaradılan narrativlərin səsləndirilməsi" olub.
"Görüş zamanı səfirə müvafiq etiraz notası təqdim edilib", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Sergey Kopırkin Rusiyanın VQTRK telekanalının “Vesti nedeli” proqramında Zəngəzur dəhlizinin Bakı üçün əhəmiyyətindən danışıb.