AZ

Çoxşaxəli islahatlar sosial-iqtisadi inkişafa təkan verir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Keşlə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar Azərbaycanın inkişafına mühüm töhfələr verir: “Dövlət başçısının siyasətinin təməlində dayanan amillərdən biri bütün sahələrdə sistemli və ardıcıl islahatların həyata keçirilməsidir. Bu islahatlar yalnız sosial-iqtisadi inkişafı deyil, həm də idarəetmə sisteminin təkmilləşməsini təmin edir”.

Təşviqat qrupunun üzvü Edilman Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Rəşad Babayev, Hüseynağa Əliyev, İradə Həsənova və Bəyim Həsənova YAP-ın seçki proqramında əksini tapan hədəfləri diqqətə cəlb edib, etimad göstəriləcəyi təqdirdə partiya təmsilçilərinin bələdiyyələrin inkişafı ilə bağlı məqsədlərin həyata keçirilməsi istiqamətində fəal çalışacaqlarını söyləyiblər.

Seçilən
2
yeniazerbaycan.com

1Mənbələr