AZ

Qorxulan oldu - Kabus İstanbula çatdı

Mərmərə dənizində selik təbəqəsinin təsiri artırmağa başlayıb. Tekirdağ və Kocaelidə görülən selik artıq İstanbul sahillərinə çatıb.

News24.az xəbər verir ki, Kadıköydə dəniz səthində selikə bənzər çirklənmə müşahidə edilib.

Bostancı çimərliyinin körpü tərəfindəki nəzərəçarpacaq çirklənmə ətrafdakıların da diqqətindən yayınmayıb.

Bostancıdakı görüntüyə bənzər görüntü Şahzadə adaları sahillərində də lentə alınıb. Dəniz səthində ağ təbəqənin olduğu görülüb.

Günel Məlikzadə


Seçilən
1
news24.az

1Mənbələr