AZ

R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki qrup iclasında çıxış etdi

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Suriya təbii sərvətlərini də mənimsəyən YPG terror təşkilatı əgər özünü ləğv edib silahlarını təhvil verməsə, yaxınlaşan acı aqibətdən xilas ola bilməyəcəkdir."

Prezident R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki qrup iclasında çıxış etdi. O, "Türkiyənin yaxınında yerləşən bir ölkəyə tamamilə haqlı və qanuni səbəblərlə, xüsusilə də insani məqsədlərlə müdaxilə etməsindən daha təbii bir şey ola bilməz" ifadəsini işlətdi. 

Prezident: "Əsrlərlə davam edən dostluq əlaqələrimizin və 911 kilometrlik sərhədimizin olduğu qonşu bir ölkəyə biz qərblilərin baxdığı bucaqdan baxa bilmərik." "Biz, Suriyadakı hər bir qrup kimi kürd bacı-qardaşlarımızın da bütün problemlərinin həllinin izləyicisi, dəstəkçisiyik və onların təhlükəsizliyinin təminatçısıyıq", - deyə Ərdoğan bildirdi. "Suriya təbii sərvətlərini də mənimsəyən YPG terror təşkilatı əgər özünü ləğv edib silahlarını təhvil verməsə, yaxınlaşan acı aqibətdən xilas ola bilməyəcəkdir. Hər kəs bölgədən əlini çəksin. Biz suriyalı bacı-qardaşlarımızla birlikdə DEAŞ-ın da, YPG-nin də, digər terror təşkilatlarının da başını qısa müddətdə əzərik" - ifadələrini işlətdi. 

Çıxışında İsrailin hücumlarına da toxunan prezident Rəcəb Tayyib Ərdoğan belə dedi: “İsrailin başda Suriya torpaqlarına hücum edən qüvvələrin təcavüzkar əməllərinə bir an əvvəl son qoyması lazımdır. Əks halda nəticələr hər kəsə mənfi təsir göstərəcək”. “15 aydır soyqırım və qırğınların davam etdiyi Qəzzada atəşkəsin təmin olunması ilə bütün bölgədə davamlı sülh və sabitlik üçün əhəmiyyətli bir fürsət yaranacaqdır”, – deyə vurğuladı. 



Seçilən
2
trt.net.tr

1Mənbələr