AZ

Hansi Flik Ansu Fatinin idman forması haqda danışdı

“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın ispaniyalı cinah hücumçusu Ansu Fatinin cari mövsümdəki çıxışından söhbət açıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Zədədən sonra Ansu Fati özünü yüz faiz səviyyəsində göstərə bilmədi və bu, təəssüf doğurur. Mən onun yüksəkdə olacağına əmin idim. Mən futbolçularımla dürüstəm. Onun da hamı kimi işləməsi gərəkdir”, deyə Hansi Flik vurğulayıb.

Ansu Fati futbola “Errera” klubunda qədəm qoyub. Buradan “Sevilya”nın, ardınca isə “Barselona”nın futbol akademiyasında yol tapıb və “blauqrana”nın heyətində böyük futbolda debüt edib.

Mütəmadi surətdə zədələr alan Fati əsas komandada möhkəmlənə bilmədiyi üçün, “Barselona” gənc futbolçusunun oyun təcrübəsini təmin etmək məqsədilə, ötən mövsüm Fatini “Brayton”a carəyə vermşdi. Özünü təsdiqləmiş Fati cari mövsümdə “Barselona”ya qayıdıb. Fatinin “blauqrana” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fati “Barselona”nın heyətində bütün yarışlarda məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 8 oyun keçirib.

Fatinin “blauqrana”nın heyətində çıxışının ümumi mənzərəsi 120 oyun, 29 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

Ansu Fati 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Fatinin qənimətlər muzeyində “Barelona” ilə qazandığı İspaniya Liqası çempionluğu, İspaniya Kuboku və İspaniya Super Kuboku var. Fati həmçinin İspaniya yığması ilə UEFA Millətlər Lqiasının (2023) qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı ispaniyalı sol cinah hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
3
arena.az

1Mənbələr