Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassaaparatlarının (NKA) tətbiqi istiqamətində işlər davametdirilir.
Xidmətdən Trend-ə verilən məlumata görə, 2024-cü il ərzində beləNKA-lar vasitəsilə qeydə alınan dövriyyə 404,5 milyon manat təşkiledib.
Bildirilib ki, bu da 2023-cü illə müqayisədə 164,5 milyon manatvə ya 1,7 dəfə çoxdur.
Qeyd edək ki, indiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsiçərçivəsində istehlakçılara 2,3 milyon manata yaxın ƏDV məbləğigeri qaytarılıb. 2024-cü ildə istehlakçılara qaytarılan məbləğəvəlki ilə nisbətən 68 faiz artaraq 1,4 milyon manatdan çoxolub.