AZ

"Mənə ailəmə çörək qazanmaq üçün hambal işləməyə, nökər olmağa da hazıram"

«Mənə ailəmə çörək qazanmaq üçün hambal işləməyə, nökər olmağa da hazıram».

Bu sözləri Sportinfo.az-a açıqlamasında veteran qapıçı Elnar Kərimov deyib.

Dünən xəbər verdiyimiz kimi, o, öz profilini dəyişmək məcburiyyətində qalıb.

Uzun illər «Qəbələ»nin formasını geyinmiş, son həftələrə kimi «Mingəçevir»də çalışmış qapıçılar üzrə məşqçi dükanda işləməyə başlayıb.

Vaxtilə Türkiyədə də legioner həyatı yaşamış Kərimov indi doğma Mingəçevirdə ailəsini dolandırmaq üçün bu işi görməyə məcburdur.

O, bu gün redaksiyamızla əlaqə saxlayaraq, mövcud vəziyyəti ilə bağlı aşağıdakıları söyləyib:

«Həmin market dostumundur. İşsiz olduğumu bildi və təklif etdi ki, oranı işlədim.

Mingəçevirdə taksi fəaliyyəti də göstərirəm. Bunların heç biri qəbahət deyil.

Halal yolla evimə bir tikə çörək aparıram. Ailəmi dolandırmaqdan ötrü hər əziyyətə qatlaşmağa hazıram.

Mən saytınızı gündəlik oxuyuram. Tək mən yox, ailə üzvlərim, yaxınlarım da «Sportinfo»nu izləyir.

Həmin xəbər çıxandan az sonra oğlum mənə «vatsap»da link atdı. Dedi ki, ata, bax gör, səndən yazıblar.

Şəkilə pis oldum. Heç istəməzdim ki, marketdən çəkilən şəklim mtbuata çıxsın.

 

Seçilən
1
1
turanpress.com

2Mənbələr