Qaraciyər xəstəliklərinin profilaktikası üçün və bu orqanı sağlamlaşdırmaq üçün faydalı içkilərdən birincisi kök şirəsidir.
“Medicina” xəbər verir ki, qastroenteroloq Alina Budakovskaya rasiona əgər əks-göstəriş və allergiya yoxdursa, tez-tez təzə sıxılmış kökşirəsi daxil etməyi tövsiyə edib.
“Kök şirəsi karotinoidlərlə zəngindir. Cəmi 200 ml bu şirədən içmək kifayətdir ki, qaraciyərin toksinlərdən qorunma mexanizmi işə düşsün.
Eləcə də çuğundur şirəsi detoks edir və qaraciyərin funksiyasını yaxşılaşdırır. Qaraciyər yaxşı işləmədikdə, şişlər inkişaf edir.
Amma çuğundur şirəsini təmiz və tək içmək olmaz, mütləq su və ya digər şirə ilə qarışdırmaq lazımdır.
Mineral sulardan tərkibində hidrokarbonat kalsiy olan təbii mineral sular qaraciyər üçün faydalıdır.
Məhz bu sulardan qaraciyərdə iltihab azalır, öd kisəsi də normallaşır.
Əgər insan sağlamdırsa, gündə 1 stəkan şirə, eləcə də yeməkdən yarım saat əvvəl gündə 1 dəfə 1 stəkan mineral su içmək olar.
Lakin nəzərinizə çatdıraq ki, böyrəyində daş olanlara çuğundur şirəsi,siqaret çəkənlərə və ağciyər problemlərindəkök şirəsi olmaz”.
Aygün Musayeva