AZ

“Ermənistan və Rusiya strateji müttəfiq olaraq qalmaqda davam edəcəklər” - Papikyan

“Ermənistan və Rusiya strateji müttəfiq olaraq qalmaqda davam edəcəklər”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan bildirib.

“Nə Ermənistan öz yerini tərk etməyəcək, nə də Rusiya. Biz strateji müttəfiq olaraq qalmağa davam edəcəyik”, - Papikyan əlavə edib.

O qeyd edib ki, bununla belə, İrəvanın KTMT və 2022-ci il hadisələri ilə bağlı sualları var, onları “sağlam müzakirə ilə” həll etmək olar.

Qeyd edək ki, daha əvvəl Ermənistan XİN rəhbəri ABŞ dövlət katibi ilə strateji tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında sənəd imzalayıb.

Bizim.Media

Seçilən
2
50
bizim.media

10Mənbələr