AZ

Bakıda 1 prokuror işdən çıxarılıb, 15-nə xəbərdarlıq edilib

2024-cü ildə 1 prokuror vəzifədən azad olunub.

News24.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu tərəfindən 2024-cü il üzrə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, şəhər prokurorluq orqanları əməkdaşlarından 1 nəfər intizam məsuliyyətinə cəlb olunaraq tutduğu vəzifədən azad edilib. 15 əməkdaşa xəbərdarlıq olunub.


Seçilən
10
2
news24.az

8Mənbələr