Sumqayıt şəhərində qətlə yetirilən 17 yaşlı gənc ilə bağlı redaksiyamıza təfərrüat daxil olub...
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər.
Məlumata görə, Emil Qələndərov söyüşə görə iki qardaş tərəfindən qətlə yetirilib.
E.Qələndərov evin tək övladı olub, ata-anası yoxdur, Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin şagirdi idi.
***
Sumqayıt şəhərində gənc oğlan qətlə yetirilib.
Poliqon "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.
2008-ci il təvəllüdlü Emil Qələndərov öldürülüb.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.nfo