AZ

Əli Kərimlinin siyasi savadsızlıq nümunəsi olan müqayisələri

Əli Kərimlinin Kuba müqayisəsi siyasi savadsızlıq və "siyasi məhbus" iddiası isə boş şüarçılıqdan başqa bir şey deyil. 2-ci Qarabağ müharibəsi zamanı Azərbaycanı "etnik təmizləmə"də ittiham edən və yüz minlərlə fundamental hüquqları pozulmuş Qərbi azərbaycanlının haqqını tanımayan Qərb institutlarının təzyiq vasitəsi kimi istifadə etdiyi "siyasi məhbus" anlayışına Əli Kərimlinin alət olması, onun anti-milli mahiyyətini bir daha göstərir.

Əli Kərimlinin anti-qərb ritorikası adlandırdığı siyasət isə, əslində Azərbaycanın müstəqilliyinin rəmzidir. Bununla yalnız fəxr etmək olar. Prezident İlham Əliyevin çıxışları və fəaliyyəti Azərbaycanın müstəqil siyasətini müdafiə edən açıq və prinsipial mövqeyin ifadəsidir.Bu gün Azərbaycan elə bir güclü dövlətdir ki, heç bir xarici təzyiq onu milli maraqlarından geri çəkilməyə məcbur edə bilmir.

Əli Kərimlinin tez-tez istinad etdiyi M.Ə.Rəsulzadə də bu gün sağ olsaydı, bügünkü müstəqil və güclü Azərbaycanla da, Prezident İlham Əliyevlə də fəxr edərdi. Çünki həmin dövrdə Parlamentinin ilk iclasını istədikləri vaxtda 3 dekabr 1918-ci ildə keçirə bilmədilər. Britaniya qoşunlarının Qərargah rəisi, polkovnik S. Stouks 3 dekabr tarixində mayor Roulandsona təcili bir məktub göndərərək bildirdi ki, Müttəfiqlər komandanlığı tərəfindən Azərbaycanın koalisiya hökuməti rəsmən tanınmayana qədər Parlamentin açılışı baş tutmamalıdır. Elə də oldu, yalnız yazılı razılıq gəldikdən sonra Azərbaycan Parlamentinin ilk iclası 7 dekabr tarixində keçirildi.

Elə Rəsulzadənin gözləri qarşısında ilk iclas günü Azərbaycan bayrağı Parlament binasının üzərindən götürüldü, yalnız binanın içərisində asmağa imkan verdilər.

Bugünkü Azərbaycan isə tamamilə fərqli bir reallıqla üz-üzədir. Müstəqil, güclü və öz milli maraqlarını hər şeydən üstün tutan Azərbaycan dövləti regionun lider ölkəsidir. İndi heç bir xarici qüvvə bizim dövlətimizin siyasətinə diktə edə bilmir.

Seçilən
4
aznews.az

1Mənbələr