AZ

Baramaçılıq niyə zəifləyir? - Ekspert səbəbləri açıqladı

“Azərbaycanda baramaçılığın inkişafı üçün münbit şərait olmasa da, istehsal aşağı düşüb. Bunu statistik rəqəmlər də sübut edir. Baramaçılığın inkişafına dövlət tərəfindən dəstək verilir, subsidiyanın məbləği də kifayət qədərdir. Amma bu sahədə əsas problem baramaçılığın iqtisadiyyatının düzgün qurulmamasıdır. Baramanı əhalidən alan şirkətlərin sayı məhduddur. Onlar məhsulu eyni qiymətlə alırlar. Baramanın alış qiyməti də aşağıdır. İstehsalın azalmasının əsas səbəbi budur”. Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli bildirib. O qeyd edib ki, baramanı istehsal edənlər əziyyət çəkir, sonra isə məhsulu maya dəyərinə qəbul şirkətlərinə satırlar. Qəbul şirkətləri də o məhsulu alıb dünya bazarında satışa çıxarır: Bakupost.az“Fermerlərə, demək olar ki, mənfəət qalmadığı üçün onların baramaçılıqla məşğul olmağa marağı qalmır. Ona görə də barama becərən fermerlərin sayı azalır. Əslində, məhsuldarlıq aşağı düşmür, bu təsərrüfatla məşğul olan fermerlərin sayı azalır”.

Seçilən
0
1
turanpress.com

2Mənbələr