AZ

Baydenin vida məktubu yayılıb


Bir neçə gündən sonra prezidentlik müddəti başa çatan Ağ Ev rəhbəri Co Bayden vida məktubu yazıb.Bu barədə "New York Post” nəşri yazır.

Məktubda Bayden Birləşmiş Ştatlara 50 ildən çox xidmət etməsi ilə qürur duyduğunu və bunu "həyatının ən böyük şərəfi” olduğunu vurğulayıb.

"Bu gün bizim ölkənin iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatıdır və mən rekord sayda – 16.6 milyon yeni iş yeri yaratmışam. Əmək haqları qalxıb. İnflyasiya səviyyəsi isə aşağı düşməyə davam edir”, -o,  məktubunda qeyd edib.

Uğurlarını sadalayan Bayden, dörd il əvvəl hakimiyyətə gələndə ölkənin əsrin ən böyük pandemiyasına yoluxduğunu, Böyük Depresiyya illərindən bəri ən ağır iqtisadi böhranın olduğunu və ABŞ demokartiyasına Vətəndaş Müharibəsindən bəri ən böyük hücumların olduğunu bəyan edib.
www.anews.az
Seçilən
1
5
anews.az

10Mənbələr