Ötən ilin noyabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri ilə gündəlik neft ixracının həcmi orta hesabla 656 min barel olub.
“Far.Az” xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında məlumat verilib.
“Oktyabr ayı ilə müqayisədə noyabrda BTC ilə ixrac sutkada 62 min barel və yaxud 10 % artaraq gündəlik orta hesabla 656 min barelə çatıb", - hesabatda qeyd edilib.
2023-cü ilin noyabr ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövründə BTC ilə nəqlin həcmi sutkada 7 % və yaxud 45 min barel artıb.
Xatırladaq ki, BTC 2006-cı il iyulun 13-də istismara verilib. Onun uzunluğu 1 768 km-dir: 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən və 1 076 km Türkiyə ərazisindən keçir.