AZ

Bu şirkət gömrük qaydalarını pozmaqda ittiham olunur

"BAFT AND PARTNERS İNNOVATİVE GREEN TECHNOLOGY" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan (Malların emal edilməsi qaydasının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Hit.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən, malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizindən 80 faizinədək məbləğdə cərimə edilir.

İşə 28.01.2025-ci il tarixində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsindəhakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.

Ramiz

Seçilən
4
hit.az

1Mənbələr