AZ

Saxlanıldığı deyilən "Limonçik" yenidən "TikTok"a qayıtdı - Foto

Abşeron və Suraxanı rayonlarında avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan şəxslərdən biri olan və saxlanıldığı deyilən "Limonçik" ləqəbli Əli İsmayıllı artıq bir neçə gündür ki, "TikTok" platformasında canlı yayımlar açmağa başlayıb.

Publika.az xəbər verir ki, Əli İsmayıllı yeniyetmə olduğu üçün Cinayət Məcəlləsininə uyğun olaraq ailəsinin iştirakı ilə onunla profilaktik söhbət aparılıb.

Xatırladaq ki, Ə.İsmayıllı və digər saxlanılan şəxslər dövlət qeydiyyat nişanlarının sahiblərinə Qazaxıstan Respublikasına məxsus nömrələrlə zəng edərək pul tələb ediblər.

Onların Abşeron rayonu, Xırdalan şəhəri ərazisində "Toyota", "Hyundai", "Range Rover" və "Mercedes-Benz" markalı daha 5 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurladıqları məlum olub.

Qeyd edək ki, bir müddət öncə Rusiyada limon satmaqla sosial şəbəkələrdə məşhurlaşan Ə.İsmayıllının saxlanılması barədə xəbər çıxmışdı.

Seçilən
1
11
publika.az

10Mənbələr