AZ

“Fənərbaxça”da Dominik Livakoviç şoku

Türkiyənin “Fənərbaxça” klubunun qapıçısı Dominik Livakoviç zədə səbəbindən 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı qolkiper Super Liqanın 19-cu turunun “Konyaspor”la matçında zədələnib. Müayinədən sonra onun sağ ayağının arxa əzələsində yırtıq aşkarlanıb.

Xatırladaq ki, ötən gün baş tutan “Konyaspor” – “Fənərbaxça” qarşılaşması İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Fənərbaxça” Dominik Livakoviçi 2023-cü ilin avqust ayında Zaqreb “Dinamo”sundan 6,65 milyon avro müqabilində transfer edib. O, cari mövsümdə İstanbul klubunun heyətində 26 oyuna çıxıb, 31 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb. Livakoviçin “Fənərbaxça” karyerası bütövlükdə 66 oyun, 71 buraxılmış qol və 25 “quru” matçdan ibarətdir.

Livakoviç Zaqreb “Dinamo”sundan başqa “NK Zaqreb” və “Zadar”da da forma geyinib. O, Xorvatiyanın U-17, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2017-ci ilin oktyabr ayında əsas millidə debüt edib. Livakoviç Xorvatiya millisinin heyətində meydana çıxdığı 62 oyunda 67 qol buraxıb, 20 matçda qapısının toxunulmazlığını təmin edib.

“Transfermarkt” internet-portalı 30 yaşlı qapıçının transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
3
arena.az

1Mənbələr