Bakı ərazisində faəliyyət göstərən CNG yanacaqdoldurma məntəqlərinin əksəriyyəti bağlanıb.
Bu iddia ilə CNG yanacağı ilə işləyən avtomobil sahibləri "Xəzər Xəbər"ə müraciət ediblər.
Xezerxeber.az-ın məlumatına görə, sürücülər bildiriblər ki, sözügedən yanacağın satıldığı paytaxtın Babək prospektindəki yanacaqdoldurma məntəqəsində saatlarla növbə gözləyirlər.
Sürücülərin sözlərinə görə, hazırda qaz yanacağı satılan yanacaqdoldurma məntəqələri paytaxtın üç ərazisində qalıb. Onların da məsafəsi biri-birindən çox uzaqdır.
Məsələni aydınlaşdırmaq üçün SOCAR-a müraciət ünvanlasaq da, sorğumuza cavab verilmədi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.