“Trabzonspor” Şimali Makedoniyalı futbolçusu Enis Bardinin müqaviləsinə xitam verib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə Trabzon təmsilçisi arasındakı müqavilə 2025-ci ilə qədər olmasına baxmayaraq, qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. Türkiyə klubu buna görə yarımmüdafiəçiyə təzminat ödəməyəcək.
Bardi 2022-ci ildən “Trabzonspor”un heyətində çıxış edirdi.